SON DƏQİQƏ

Pambıq tədarükü 140 min tona yaxınlaşıb

Tarix:

28-10-2017, 13:53

/ 884 dəfə oxundu.
Pambıq tədarükü 140 min tona yaxınlaşıb

Ölkə üzrə pambıq qəbulu məntəqələrinə 139 min 913,74 ton məhsul təhvil verilib.

Bu barədə Gunaz.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilir ki, bu, keçən ilin ümumi göstəricisindən 51 min 317 ton çoxdur. Oktyabrın 27-də 3443,40 ton pambıq tədarük olunub.

2016-cı ildə 88 min 596 ton pambıq yığılıb.

Qeyd edək ki, ölkə üzrə bu il ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Bu il ən çox pambıq Saatlı, İmişli, Sabirabad, Biləsuvar və Neftçalada əkilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ