
2024-cü ilin əvvəlindən Rusiyada meyvə-tərəvəz məhsullarının qiymətləri nəzərəçarpacaq dərəcədə artıb.
GunAz.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti “Rusprodsoyuz”un ekspertlərinin statistik məlumatlarına istinadən məlumat yayıb.
Bu günə qədər Rusiya bazarında belə dinamika müşahidə edilməyib. Kənd Təsərrüfatı Nazirliyi əmin edib ki, ərzaq bazarında qiymətlərə, o cümlədən meyvə-tərəvəzin maya dəyərinə xüsusi nəzarət edirlər.




























