SON DƏQİQƏ
» » Banklar “batır”: Pullarımızın aqibəti necə olacaq?

Banklar “batır”: Pullarımızın aqibəti necə olacaq?

Tarix:

18-04-2024, 12:16

/ 3 288 dəfə oxundu.
Banklar “batır”: Pullarımızın aqibəti necə olacaq?

Bankların 2024-ci ilin birinci rübünə olan hesabatına əsasən, ölkədə fəaliyyət göstərən və olduqca məşhur olan 3 bankda depozit məbləğlərinin kəskin azalması müşahidə olunub. 
Silsilə formada çəkilən depozitlərin ümumi məbləği nə az nə çox, 112 milyon manat təşkil edir. Bu isə cəmiyyətdə birmənalı qarşılanmayıb.
Çox adam son günlər baş verən prosesin bir çox bankların batmasının ilk siqnalları kimi qiymətləndirir.
Bəs görəsən həqiqətən bankları belə bir təhlükə gözləyir? 
GunAz.az xəbər verir ki, mövzu ilə bağlı danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, bəzi banklarda depozit faizləri ilə bağlı kəskin fərqlər meydana gəlib:
“Məsələ burasındadır ki, bəzi banklarda depozitlərin faizləri ilə bağlı fərqlər yaranmağa başlayıb. Bu fərqlərdən biri də ondan ibarətdir ki, Azərbaycanda çox nüfuzlu banklardan biri, “Kapital Bank” depozit faizlərini 10 faizə qaldırıb. Eyni zamanda bu bank digərlərinə nisbətən daha etibarlı və batma ehtimalı 0-a bərabər olduğu üçün bəzi müştərilər digər banklardan öz vəsaitlərini çıxarıb həmin banka yerləşdirməyə başladılar. Baxsaq görərik ki, “Kapital Bank”da depozitlərdə başqa banklara nisbətən artım müşahidə olunur”.
Ekspert depozitlərin kütləvi çıxarılmasın digər səbəblərinə də aydınlıq gətirib:
“Digər tərəfdən vətəndaşlar depozitləri həm də öz ehtiyaclarını ödəmək üçün çıxarır. Maaş və yaxud digər gəlirlər azaldıqca insanlar məcburən depozitlərini xərcləməyə başlayır. Depozitlərin kütləvi formada çıxarılmasında bunun da ciddi təsirləri var. Düşünürəm ki, əsas məsələlərdən biri də məhz elə budur. Vətəndaşların gəliri əgər xərclərini qarşılamırsa, artıq depozitlərdən də istifadə etməyə məcbur qalırlar. Həmçinin xatırlayırsınızsa, yanvar-fevral aylarında valyuta ilə bağlı ciddi ajotaj oldu. Dolların bahalaşacağı və məzənnənin dəyişəcəyi ilə bağlı xəbərlər dolaşdı. Nəticə etibarı ilə, həmin xəbərlər fonunda vətəndaşların bir çoxu manat depozitlərini çıxararaq, daha çox valyutaya çevirməyə üstünlük verdilər”.  (Yenisabah.az)
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ