SON DƏQİQƏ

Bu ərazilərimizə qar yağdı

Tarix:

16-02-2024, 09:58

/ 4 423 dəfə oxundu.
Bu ərazilərimizə qar yağdı

Fevralın 16-sı saat 08:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağır.
Qar örtüyünün hündürlüyü: Şahbuzda 2 sm, Xınalıq, Şahdağ, Xaltan, Qrızda 1 sm-dir.
Göygöl, Naftalan, Şəkmir, Oğuz, Qəbələ, Şəki, Qax, Şamaxı, Cəfərxan, Quba, Qusar, Şabran, Xaltan, Tərtər, Gəncə, Göyçay, Yardımlı, Lerik, Bakıda və Abşeron yarımadasında duman müşahidə olunur və görünüş 200-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 3-6 dərəcə isti, (dağlıq ərazilərdə 2 dərəcəyədək şaxta), Aran rayonlarında 5-7 dərəcə isti, dağlıq rayonlarda 4 dərəcəyədək şaxta var.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ