SON DƏQİQƏ

Neftin son qiyməti açıqlandı

Tarix:

29-12-2022, 09:11

/ 1 632 dəfə oxundu.
Neftin son qiyməti açıqlandı

Dünya bazarında tələbin azalacağı ilə bağlı narahatlıqlar neftin qiymətinin cüzi düşməsinə səbəb olub.

Şimal dənizində hasil olunan "Brent” neftinin mart fyuçersləri 0,24 % ucuzlaşaraq 1 bareli 83,79 ABŞ dollarına satılıb. WTI neftinin fevral fyuçerslərinin qiyməti isə 0,19 % düşüb və 1 bareli 78,81 ABŞ dolları təşkil edib.

Neft treyderləri noyabrın əvvəlindən yeni koronavirus ocaqlarının meydana gəldiyi Çində epidemioloji vəziyyəti diqqətlə izləyirlər. Çin hökuməti yanvar ayından etibarən ölkəyə giriş tələblərini yüngülləşdirəcəyini açıqlasa da, bir sıra ölkələr, əksinə, Çindən gələn şəxslər üçün tələbləri sərtləşdiriməyə başlayıb.

Digər tərəfdən, Amerika Neft İnstitutunun (API) məlumatına əsasən dekabrın 23-dək olan həftə ərzində ABŞ-da "qara qızıl” ehtiyatı 1,3 milyon barel azalıb. ABŞ-ın Energetika Nazirliyi ölkədə neftin kommersiya ehtiyatları ilə bağlı rəsmi statistikanı bu gün açıqlayacaq. Analitiklər ehtiyatların 1,5 milyon barel azalaraq 416,7 milyon barel təşkil edəcəyini güman edirlər

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ