SON DƏQİQƏ

Səni Şuşada qarşılayacam ANA!

Qarabağ müharibəsi / Manşet

Sabah hava necə olacaq?

Tarix:19-10-2021, 13:21 Oxunub:3 488

Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz yağışda qısamüddətli fasilə olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 12-14° isti, gündüz 14-16° isti olacaq. Bakıda gecə 12-14° isti, gündüz 14-16° isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 11-14° isti, gündüz 16-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<