SON DƏQİQƏ

Sabah hava necə olacaq?

Tarix:

14-03-2020, 14:56

/ 1 952 dəfə oxundu.
Sabah hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 15-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gün ərzində mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 12-15° isti, Bakıda gecə 6-9° isti, gündüz 13-15° isti olacaq.
Atmosfer təzyiqi 756 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % olacaq.
Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Günün ikinci yarısında əsasən yağmursuz, ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ