SON DƏQİQƏ
» » DƏHŞƏTLİ HADİSƏ: Futbolçu oyun zamanı komaya düşdü

DƏHŞƏTLİ HADİSƏ: Futbolçu oyun zamanı komaya düşdü

Tarix:

8-08-2022, 08:11

/ 1 284 dəfə oxundu.
DƏHŞƏTLİ HADİSƏ: Futbolçu oyun zamanı komaya düşdü

Moldovanın "Zimbru Kişinyov” klubunda çıxış edən niderlandlı futbolçu Donni van İperen "Dinamo-Auto” ilə oyunda ciddi zədə alıb.

27 yaşlı futbolçu hazırda həyatda qalmaq uğrunda mübarizə aparır. O, 11-ci dəqiqədə rəqibin qapıçısı ilə toqquşub və yerə yıxılaraq huşunu itirib. Həkimlər onun həyatını xilas etmək üçün dərhal sahəyə qaçıblar.

"Zimbru”nun oyunçusu xəstəxanaya köçürülüb. Klubdan verilən açıqlamaya görə, o, hazırda komadadır:

"Bu çətin anlarda bütün fikrimiz Donni van İperenlədir. Hollandiyalı futbolçu Kişinyovdakı xəstəxanaya köçürülüb və ona tibbi yardım göstərilir. Donni, möhkəm ol, hamımız sənin üçün dua edirik”.

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər