SON DƏQİQƏ

"Fenerbahçe" darmadağınla qalib gəldi

Tarix:

5-08-2022, 08:00

/ 1 232 dəfə oxundu.
"Fenerbahçe" darmadağınla qalib gəldi

UEFA Avropa Liqasında 2022/2023 mövsümünə start verilib.

Turnir III təsnifat mərhələsininin ilk oyunları ilə başlayıb. Bu raundda 14 komandanın iştirakı ilə 7 görüş baş tutub.

Gecənin maraqla gözlənilən matçlarından biri Türkiyədə gerçəkləşib. "Fənərbağça" evdə Çexiyanın "Slovaçko" komandasını darmadağın edib - 3:0.

Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində mübarizə aparan Azərbaycan təmsilçisi "Qarabağ"ın Avropa Liqasının pley-offundakı potensial rəqibləri olan İrlandiyanın "Şemrok Rovers" və Şimali Makedoniyanın "Şkupi" klubları Dublində üz-üzə gəliblər. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Köhlən atlar" ÇL-də Macarıstan "Ferentsvaroş"unu keçə bilməsə, bu cütün qalibi ilə qarşılaşacaq. Ağdam təmsilçisi Bakıdakı ilk matçda Budapeşt klubu ilə heç-heçəyə razılaşıb - 1:1.

AEK (Larnaka, Kipr) - "Partizan" (Serbiya) - 2:1

"Malmö" (İsveç) - "Düdelanj" (Lüksemburq) - 3:0

"Fənərbağça" (Türkiyə) - "Slovaçko" (Çexiya) - 3:0

"Maribor" (Sloveniya) - HİK (Helsinki, Finlandiya) - 0:2

"Linfild" (Şimali İrlandiya) - "Sürix" (İsveçrə) - 0:2

"Şemrok Rovers" (İrlandiya) - "Şkupi" (Şimali Makedoniya) - 3:1

"Olimpiakos" (Yunanıstan) - "Slovan" (Bratislava, Slovakiya) - 1:1

Qeyd edək ki, bu mərhələnin cavab görüşləri avqustun 11-də keçiriləcək

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ