SON DƏQİQƏ
» » Futbol sevərlərin nəzərinə- Mühüm dəyişiklik

Futbol sevərlərin nəzərinə- Mühüm dəyişiklik

Tarix:

13-06-2022, 15:28

/ 1 248 dəfə oxundu.
Futbol sevərlərin nəzərinə- Mühüm dəyişiklik

Beynəlxalq Futbol Assosiasiları Şurası (IFAB) komandalara oyun ərzində 5 əvəzetmədən istifadəyə imkan verən qaydaları daimi əsasda təsdiqləyib.

Koronavirus pandemiyası dövründə komandaların kadr çatışmazlığı üzündən tətbiq olunmuş qayda qüvvədə saxlanılıb.

Bu qayda aparıcı milli və beynəlxalq yarışlarda 5 əvəzetmədən istifadəyə imkan verəcək. IFAB bütün futbol ictimaiyyətinə bu düzəlişin daimi əsasda qaydalarda yer almasını tövsiyə edib.

Habelə, ehtiyatdakı maksimal oyunçu sayının 12-dən 15-dək artırılması qərara alınıb. Bu, yarış təşkilatçılarının istəyindən asılı olacaq.

скачать dle 12.1

Şərhlər