
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsi start götürüb. İlk oyun günündə iki görüş keçirilib. "Mançester Siti” öz meydanında "Atletiko”ya 1-0, "Liverpul” isə səfərdə 3-1 hesabı ilə "Benfika”ya qalib gəlib. Qeyd edək ki, komandalar arasında cavab görüşləri aprelin 13-də keçiriləcək.