SON DƏQİQƏ

Bu komandalar DÇ-yə vəsiqə qazandı

Tarix:

30-03-2022, 08:02

/ 2 315 dəfə oxundu.
Bu komandalar DÇ-yə vəsiqə qazandı

2022-ci il futbol üzrə dünya çempionatının final mərhələsinin növbəti iştirakçıları bəlli olub.

Avropa zonası üzrə pley-off mərhələsinin final oyunlarından sonra daha iki vəsiqənin sahibi müəyyənləşib.

 

Türkiyəni uzaqlaşdıran Portuqaliya son Avropa çempionları İtaliyanı məğlub edərək həlledici matça vəsiqə qazanmış Şimali Makedoniya yığmasını qəbul edib. Siyasi səbəblərdən Rusiyanın kənarlaşdırılmasından sonra finala oynamadan vəsiqə qazanmış Polşa isə öz meydanında İsveçlə qarşılaşıb. Hər iki oyunda meydan sahiblərinin 2:0-lıq üstünlüyü qeydə alınıb.

Beləliklə də, Qətərdə keçiriləcək dünya çempionatına məhz Portuqaliya və Polşa vəsiqə qazanıb.

Qeyd edək ki, digər final görüşündə Uelsin rəqibi hələ bəlli deyil. Bu komanda iyuna təxirə salınmış Şotlandiya – Ukrayna görüşünün qalibi ilə üz-üzə gəlməlidir.oxu.az

DÇ-2022

Pley-off mərhələsi

Final

29 mart

Portuqaliya – Şimali Makedoniya 2:0

Polşa – İsveç 2:0
скачать dle 12.1

Şərhlər