
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiyanın "Qazprom” şirkəti ilə əməkdaşlığı dayandırıb.
GunAz.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
"Bu gün UEFA "Qazprom”la bütün turnirlərdə əməkdaşlığı dayandırmaq qərarına gəlib. Qərar dərhal qüvvəyə minir və UEFA Çempionlar Liqası, UEFA milli komanda yarışları və "Euro-2024″ daxil olmaqla, bütün mövcud müqavilələrə şamil edilir”, – UEFA-nın qərarında qeyd olunub.