SON DƏQİQƏ
» » UEFA reytinqində Azərbaycan neçənci sıradadır?

UEFA reytinqində Azərbaycan neçənci sıradadır?

Tarix:

25-02-2022, 08:18

/ 1 718 dəfə oxundu.
UEFA reytinqində Azərbaycan neçənci sıradadır?

Avropa Liqası və Konfrans Liqasında pley-off mərhələsi başa çatdıqdan sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

Azərbaycan cari mövsümü 17.000 xalla 26-cı pillədə başa vurub.

"Qarabağ"la yanaşı, "Şerif" də avrokuboklarla vidalaşdığından, Moldovanın 11.250 xalla 33-cü pillədə qalacağı dəqiqləşib. Yəni, artıq Azərbaycanı üstələyə biləcək ölkə qalmayıb.

Ümumilikdə 18 ölkə qitəmiqyaslı turnirlərdə mübarizəni davam etdirir. Onlardan Yunanıstan (27.200), Çexiya (27.200) və Xorvatiya (27.150) irəliləyibsə, Danimarka (26.975) və Türkiyə (26.900) geriləyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ