SON DƏQİQƏ
» » Cüdoçularımız Avropa turnirində qızıl və gümüş qazandı

Cüdoçularımız Avropa turnirində qızıl və gümüş qazandı

Tarix:

12-02-2022, 21:22

/ 1 486 dəfə oxundu.
Cüdoçularımız Avropa turnirində qızıl və gümüş qazandı

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən cüdo üzrə açıq Avropa turnirində Azərbaycan yığması ilk iki medalını qazanıb.

GunAz.az xəbər verir ki, 60 kq çəki dərəcəsində final görüşündə Samir Piriyev və Turan Bayramov üz-üzə gəlib. Bayramov qarşılaşmanı qızıl xal bölümündə ipponla başa vurub. Nəticədə o, qızıl, Piriyev isə gümüş medal əldə edib.

 

Ruslan Paşayev bürünc medal görüşünə çıxıb. 66 kq çəki dərəcəsində rəqib fransalı Robin Korrado olub. Qarşılaşmanın taleyi qızıl xal bölümündə həll olunub. Paşayev ipponla uduzaraq, 5-ci yeri tutub.


скачать dle 12.1

Şərhlər