SON DƏQİQƏ
» » Çempionlar Liqası: 12 klub NÖVBƏTİ MƏRHƏLƏDƏ

Çempionlar Liqası: 12 klub NÖVBƏTİ MƏRHƏLƏDƏ

Tarix:

14-07-2021, 08:43

/ 2 165 dəfə oxundu.
Çempionlar Liqası: 12 klub NÖVBƏTİ MƏRHƏLƏDƏ

UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab görüşlərinə start verilib.

GunAz.az xəbər verir ki, ilk oyun günündə 12 qarşılaşma gerçəkləşib. Estoniyanın "Flora", İsveçin "Malmö", Cəbəllütariqin "Linkoln", Moldovanın "Şerif", Macarıstanın "Ferentsvaroş", Sloveniyanın "Mura", Rumıniyanın ÇFR, Finlandiyanın HİK, Litvanın "Jalgiris", Slovakiyanın "Slovan" (Bratislava), Bolqarıstanın "Lüdoqorets" və Xorvatiyanın "Dinamo" (Zaqreb) komandaları Avropanın ən nüfuzlu klub turnirində növbəti mərhələyə yüksəlib.

ÇFR və "Slovan" əlavə vaxtda vurduqları qolla mərhələ adlayıblar. Bu komandalardan ÇFR səfər qolu qaydasının ləğvindən sonra adını növbəti mərhələyə yazdıran ilk klub olub.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, cavab oyunları

13 iyul

20:00. "Hibernians” (Malta) - "Flora" (Estoniya) - 0:3

İlk oyun - 0:2

20:00. "Riqa" (Latviya) - Malmö” (İsveç) - 1:1

İlk oyun - 0:1

20:00. "Linkoln" (Cəbəllütariq) - "Fola Eş” (Lüksemburq) - 5:0

İlk oyun - 2:2

21:00. "Şerif" (Moldova) - "Teuta" (Albaniya) - 1:0

İlk oyun - 4:0

22:00. "Priştina" (Kosovo) - "Ferentsvaroş” (Macarıstan) - 1:3

İlk oyun - 0:3

22:00. "Mura" (Sloveniya) - "Şkendiya" (Şimali Makedoniya) - 5:0

İlk oyun - 1:0

22:00. "Borats" (Bosniya və Herseqovina) - ÇFR (Rumıniya) - 2:1 (əlavə vaxt - 0:1)

İlk oyun - 1:3

22:30. "Buduçnost" (Monteneqro) - HİK (Helsinki, Finlandiya) - 0:4

İlk oyun - 1:3

22:45. "Linfild” (Şimali İrlandiya) - "Jalgiris" (Litva) - 1:2

İlk oyun - 1:3

23:00. "Şemrok Rovers" (İrlandiya) - "Slovan" (Bratislava, Slovakiya) - 2:1 (əlavə vaxt - 0:1)

İlk oyun - 0:2

23:30. "Şaxtyor" (Soliqorsk, Belarus) - "Lüdoqorets" (Bolqarıstan) - 0:1

İlk oyun - 0:1

00:00. "Valür" (İslandiya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:2

İlk oyun - 2:3.

Qalan 4 kollektivin adına iyulun 14-də aydınlıq gələcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ