SON DƏQİQƏ

Litva Rusiyaya nota göndərdi

Tarix:

Dünən, 22:21

/ 2 921 dəfə oxundu.
Litva Rusiyaya nota göndərdi

Litva Xarici İşlər Nazirliyi Rusiyaya etiraz notası təqdim edib.
GunAz.az xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
"Litva Respublikasının heç vaxt öz ərazisinin və hava məkanının Rusiyadakı hədəflərə qarşı dron hücumları üçün istifadəsinə icazə vermədiyi və bu barədə həm diplomatik kanallar, həm də ictimai bəyanatlar vasitəsilə Rusiya Federasiyasını dəfələrlə məlumatlandırdığı vurğulanıb", - deyə bildirilib.
Qeyd edək ki, Rusiya XİN rəhbərinin müavini Mixail Qaluzin Baltikyanı ölkələrin hava dəhlizləri təmin etməklə Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinə zərbələr endirməkdə kömək etdiyini açıqlayıb.
скачать dle 12.1

Şərhlər