SON DƏQİQƏ
» » Təmirlə əlaqədar Bakı Dairəvi Yolunun bir hissəsi bağlanacaq

Təmirlə əlaqədar Bakı Dairəvi Yolunun bir hissəsi bağlanacaq

Tarix:

Dünən, 21:40

/ 2 371 dəfə oxundu.
Təmirlə əlaqədar Bakı Dairəvi Yolunun bir hissəsi bağlanacaq

Bakı Dairəvi avtomobil yolunun 5-ci kilometrində, Lökbatan qəsəbəsi istiqamətində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən GunAz.az-a bildirilib ki, məhdudiyyət aşağıdakı tarixlərdə tətbiq olunacaq:
  • 10 iyul saat 22:00-dan 11 iyul saat 07:00-dək;
  • 11 iyul saat 22:00-dan 12 iyul saat 07:00-dək.
Sürücülərdən aparılan təmir işlərini nəzərə alaraq alternativ marşrutlardan istifadə etmələri və yaranacaq müvəqqəti narahatlığa görə anlayış göstərmələri xahiş olunur.
скачать dle 12.1

Şərhlər