
"Sumqayıt" Futbol Klubunun yeni baş məşqçisi məlum olub.
GunAz.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, portuqaliyalı mütəxəssis Filipe Kandido ilə 1 illik müqavilə imzalanıb.
Bu gün klubun təsisçisi və baş sponsoru olan "Azərikimya" İB-nin ofisində təşkilatın baş direktoru və klubun Müşahidə Şurasının sədri Elnur Məmmədli yeni baş məşqçini qəbul edib. Sədr portuqaliyalı mütəxəssisə xatirə hədiyyələri təqdim edib qarşıdakı mövsümdə işlərində uğurlar arzulayıb.
Filipe Kandido bu gün həmçinin klubun infrastrukturu ilə tanış olub. O, klub rəsmiləri tərəfindən komandanın ev oyunlarını keçirdiyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu və "SOCAR Polymer" təlim-məşq mərkəzinin meydançaları ilə tanış olub.































