SON DƏQİQƏ

Xamenei dəfn olunur

Tarix:

Bu gün, 16:41

/ 3 242 dəfə oxundu.
Xamenei dəfn olunur

ABŞ-İran arasında yeni eskalasiyalar fonunda İranın Məşhəd şəhərində ölkənin mərhum ali dini lideri Əli Xameneinin dəfn mərasimi başlayıb. Məşhəd onun doğulduğu şəhər olub.
GunAz.az xəbər verir ki, matəm yürüşü İmam Rza istiqamətində bir neçə kilometrə qədər uzanıb.
Gecə saatlarında şiələrin müqəddəs ziyarətgahına gələn çoxsaylı iranlılar Məşhədin mərkəzi meydanını tərk etməyiblər. Onların bəziləri istirahət etmək üçün məqbərənin divarları yaxınlığında özlərinə yer hazırlayıblar.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin zərbələri nəticəsində həlak olan Əli Xamenei ilə vida mərasimi iyulun 3-də Tehranda başlayıb. Tədbirdə ən azı 100 ölkədən gəlmiş yüksək səviyyəli nümayəndə heyətləri iştirak ediblər.


скачать dle 12.1

Şərhlər