SON DƏQİQƏ
» » Neymar, Nadal... - Rafael Ağayev dünyaca məşhur idmançılarla EYNİ SİYAHIDA

Neymar, Nadal... - Rafael Ağayev dünyaca məşhur idmançılarla EYNİ SİYAHIDA

Tarix:

15-04-2021, 16:48

/ 3 512 dəfə oxundu.
Neymar, Nadal... - Rafael Ağayev dünyaca məşhur idmançılarla EYNİ SİYAHIDA

Tokio Yay Olimpiya Oyunlarında iştirak edəcək ulduzların adları bəlli olub.

GünAz.az xəbər verir ki, məşhur "Globoesporte” nəşri olimpiadanın startına 100 gün qalmış, müxtəlif idman növləri üzrə 100 ən yaxşı idmançının adı olan siyahısını açıqlayıb.

 

Siyahıya Azərbaycan idmançısının da adı var. Belə ki, karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev bu idman növündə yer alan yeganə karateçi olub.

"100-lük”də Braziliya millisinin və Fransa PSJ-nin ulduz futbolçusu Neymar, məşhur tennisçilər – ispaniyalı Rafael Nadal, serbiyalı Novak Cokoviç və isveçrəli Rocer Federer, ABŞ təmsilçisi Serena Uilyams, basketbolçular Lebron Ceyms və Stefen Karri kimi digər tanınmış simalar da var.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ