SON DƏQİQƏ
» » "Neftçi"nin büdcəsi üçqat artırıldı - REKORD MƏBLƏĞ

"Neftçi"nin büdcəsi üçqat artırıldı - REKORD MƏBLƏĞ

Tarix:

9-06-2018, 19:25

/ 10 441 dəfə oxundu.
"Neftçi"nin büdcəsi üçqat artırıldı - REKORD MƏBLƏĞ

Baş məşqçi postuna italiyalı Roberto Bordini gətirən "Neftçi" klubunun illik büdcəsi 3 qat artırılıb.

Gunaz.az Sportlife.az-a istinadən xəbər verir ki, SOCAR-dan "Neftçi"yə 2018/2019 mövsümü üçün 21 milyon manat büdcə ayrılıb. Bu, klub tarixi ərzində paytaxt təmsilçisinə ayrılan ən yüksək məbləğdir. Məlumat üçün bildirək ki, Dövlət Neft Şirkəti indiyədək "ağ-qaralar"a ən yaxşı halda 12 milyon manat ayırıb.

Mənbənin dediyinə görə, vəsaitin 1/3 hissəsi klubun təlim-məşq bazasının tikintisi üçün nəzərdə tutulub. Bundan əlavə, 500 min manat da akademiya xərclərinə sərf olunacaq. Büdcənin yerdə qalan hissəsi isə əsas komandaya xərclənəcək.

Məlumatı verən mənbə bildirir ki, büdcənin artırılmasının qarşılığında "ağ-qaralar"ın idarəçilərinin qarşısına yalnız 1 şərt qoyulub - Azərbaycan Premyer Liqasının qızıl medallarını qazanmaq.

Xatırladaq ki, ötən mövsüm "Neftçi"nin büdcəsi 7 milyon manat təşkil edib.

скачать dle 12.1

Şərhlər