
Misli Premyer Liqasının XVIII turunda "Kəpəz" futbol klubu "Şamaxı"nı qəbul edib.
GunAz.az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan matçda qonaqlar 2:0 hesablı qələbə qazanıblar.
"Şamaxı"nın heyətində Arsen Ağcabəyov (12) və Karim Rossi (45+1) fərqləniblər.
Qeyd edək ki, günün növbəti matçında "Zirə" klubu "Sabah"ı qəbul edəcək. Bu tura fevralın 1-də yekun vurulacaq.






























