SON DƏQİQƏ

"Turan Tovuz" ilk dəfə məğlub oldu

Tarix:

21-09-2024, 21:00

/ 3 394 dəfə oxundu.
"Turan Tovuz" ilk dəfə məğlub oldu

Futbol üzrə Misli Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.
GunAs.az xəbər verir ki, günün yeganə matçında "Turan Tovuz" öz meydanında "Araz-Naxçıvan"ı qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da tovuzlular mövsümdə ilk dəfə məğlub olublar.
Bu nəticədən sonra Tovuz təmsilçisi 14 xalla 2-ci, Naxçıvan klubu isə 13 xalla 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, turun ilk iki oyununda "Şamaxı" "Kəpəz"ə 2:0, "Qarabağ" isə "Neftçi"yə 4:0 hesabı ilə qalib gəlib. Tura sentyabrın 22-də keçiriləcək "Səbail" - "Sabah" və "Sumqayıt" - "Zirə" matçları ilə yekun vurulacaq
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ