SON DƏQİQƏ

"Neftçi" öz meydanında məğlub oldu

Tarix:

11-11-2023, 20:22

/ 2 192 dəfə oxundu.
"Neftçi" öz meydanında məğlub oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir matçı baş tutub.

Günün ilk qarşılaşmasında "Neftçi" "Sumqayıt"ı qəbul edib.

Qarşılaşma qonaqların 2-1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran "Sumqayıt" üçüncü pillədəki "Səbail"ə çatıb. "Neftçi" isə 18 xalla altıncı sırada qərarlaşıb.

Qeyd edək ki, günün ikinci matçında "Turan Tovuz" "Sabah"ı qəbul edəcək. Turun “Zirə” – “Qəbələ” və “Qarabağ” – “Səbail” oyunları noyabrın 12-də gerçəkləşəcək. Ötən gün açılış matçında "Kəpəz" "Araz-Naxçıvan"ı minimal hesabla üstələyib - 1:0.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ