SON DƏQİQƏ
» » "Zirə"-"Kəpəz" matçının vaxtı yenə dəyişdirildi

"Zirə"-"Kəpəz" matçının vaxtı yenə dəyişdirildi

Tarix:

24-02-2025, 19:12

/ 2 950 dəfə oxundu.
"Zirə"-"Kəpəz" matçının vaxtı yenə dəyişdirildi

Hava şəraitinə görə bu günə təxirə salınmış Misli Premyer Liqasının XXIV turunun “Zirə” - “Kəpəz” matçının startı yubanır.
GunAz.az Report-a istinadən xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda oyun üçün hazırlıq prosesi yekunlaşmaq üzrədir.
“Zirə” - “Kəpəz” matçı stadionda VAR, həmçinin digər texniki avadanlıqların tənzimlənməsi və yoxlanılması işləri aparıldıqdan, eləcə də komandaların isinmə hərəkətlərindən sonra start götürəcək.
Qeyd edək ki, son olaraq oyunun startı saat 18:00-a təyin olunmuşdu.
***
Kəskin dəyişən hava şəraitinə görə bu günə təxirə salınmış Misli Premyer Liqasının 24-cü turunun “Zirə” - “Kəpəz” matçının başlama saatı yenidən dəyişdirilib.
Bu barədə "Zirə"nin mətbuat xidmətindən məlumat verilib.
Hazırlıq prosesi tam yekunlaşmadığına görə matçın start fitinin saat 19:00-da verilməsi nəzərdə tutulub.
скачать dle 12.1

Şərhlər