SON DƏQİQƏ
» » Bakıdakı dünya çempionatının hakimləri bəlli oldu

Bakıdakı dünya çempionatının hakimləri bəlli oldu

Tarix:

Dünən, 15:14

/ 3 285 dəfə oxundu.
Bakıdakı dünya çempionatının hakimləri bəlli oldu

Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının hakimləri açıqlanıb.
GunAz.az xəbər verir ki, qarşılaşmaları 14 ölkənin referisi idarə edəcək.
Onların arasında azərbaycanlı Rza Məmmədov da olacaq.
Mundialda bu referilər fəaliyyət göstərəcək:
Alaa Eddin Zidan (Liviya), Ales Müller (Sloveniya), Aleksander Vangelov (Bolqarıstan), Antoniyo Meşiç (Xorvatiya), Katalin Pidqirni (Moldova), Grem Florens (ABŞ), İlyes Çakrun (Tunis), İstvan Mod (Macarıstan), Marko Popoviç (Monteneqro), Mixal Bereş (Slovakiya), Mohammed Adnan İsmail (İraq), Rza Məmmədov (Azərbaycan), Tamaş Paul (Rumıniya), Tomaş Sikora (Çexiya).
Qeyd edək ki, dünya çempionatı mayın 21-dən iyunun 1-dək Milli Gimnastika Arenasında keçiriləcək.
скачать dle 12.1

Şərhlər