SON DƏQİQƏ
» » Millətlər Liqasının yarımfinalı bu ölkədə baş tutacaq

Millətlər Liqasının yarımfinalı bu ölkədə baş tutacaq

Tarix:

24-03-2025, 17:05

/ 3 633 dəfə oxundu.
Millətlər Liqasının yarımfinalı bu ölkədə baş tutacaq

UEFA Millətlər Liqasının yarımfinalı Almaniyada keçiriləcək.
Bu, bundestimin 1/4 finalın cavab oyununda İtaliya ilə heç-heçə edərək (3:3) iki görüşün ümumi nəticəsinə görə (5:4) yarımfinala yüksəlməsindən sonra məlum olub.
Görüşlər Münhen və Ştutqart şəhərlərində keçiriləcək.
Millətlər Liqasının yarımfinal oyunları iyunun 4 və 5-də baş tutacaq. 3-cü yerin sahibini və turnirin qalibini müəyyən edəcək həlledici qarşılaşmalar isə iyunun 8-ə təyin olunub.
Qeyd edək ki, yarımfinalda Almaniya – Portuqaliya, İspaniya – Fransa görüşləri baş tutacaq.
скачать dle 12.1

Şərhlər