SON DƏQİQƏ

“Qarabağ” zirvədəki yerini itirdi

Tarix:

7-12-2024, 20:56

/ 3 549 dəfə oxundu.
“Qarabağ” zirvədəki yerini itirdi

Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tur start götürüb.
GunAz.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutub.
Günün ilk matçında “Araz-Naxçıvan” “Səbail”i iki cavabsız qolla üstələyib.
Günün digər oyunu “Sabah”la lider “Qarabağ” arasında keçirilib. Ağdam təmsilçisi “bayquşlar”la 1:1 hesablı heç-heçə edərək zirvədəki yerini itirib.
Hazırda “Araz-Naxçıvan” turnir cədvəlində 39 xalla 1-ci, “ Qarabağ” 37 xalla 2-ci, “Turan Tovuz” isə 27 xalla 3-cü yerdədir.
Qeyd edək ki, “Kəpəz” – “Zirə” və “Sumqayıt” – “Neftçi” oyunları sabah, “Turan Tovuz” – “Şamaxı” matçı dekabrın 9-da keçiriləcək.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ