SON DƏQİQƏ
» » Millətlər Liqası: Gürcüstan yenə qalib gəldi

Millətlər Liqası: Gürcüstan yenə qalib gəldi

Tarix:

11-09-2024, 08:00

/ 2 755 dəfə oxundu.
Millətlər Liqası: Gürcüstan yenə qalib gəldi

UEFA Millətlər Liqasının II turunda bu gün 9 oyun baş tutub.
GunAz.az xəbər verir ki, A, B, C, D liqalarında yer alan komandalar üz-üzə gəliblər.
Maraqlı görüşlərdən biri A Liqasının 3-cü qrupunda Niderlandla Almaniya arasında baş tutub. Amsterdamdakı "Yohan Kroyff Arena"da keçirilən görüşdə qapılara 4 qol vurulub.
Avro-2024-də iştirak etmiş Gürcüstan yığması səfərdə Albaniyanın qonağı olub. Daha öncə Çexiyaya böyük hesabla qalib gələn qonşu ölkənin millisi bu dəfə də rəqibini üstələyib.
UEFA Millətlər Liqası
II tur
10 sentyabr
A Liqası
22:45. Macarıstan 0-0 Bosniya və Herseqovina
22:45. Niderland 2-2 Almaniya
B Liqası
22:45. Albaniya 0-1 Gürcü Stan
22:45. Çexiya 3-2 Ukranya
22:45. İngiltərə 2-0 Finlandiya
22:45. İrlandiya 0-2 Yunanıstan
C Liqası
20:00. Latviya 1-0 Farer adaları
22:45. Şimali Makedoniya 2-0 Ermənistan
D Liqası
22:45. Andorra 0-1 Malta
Qeyd edək ki, C Liqasının I qrupunda yer alan Azərbaycan yığması ilk turda İsveçə 1:3, II turda isə Slovakiyaya 0:2 hesabı ilə məğlub olub.
скачать dle 12.1

Şərhlər