SON DƏQİQƏ

21 ildə ilk dəfə…

Tarix:

5-09-2024, 08:23

/ 3 825 dəfə oxundu.
21 ildə ilk dəfə…

Xəbər verdiyimiz kimi, “Qızıl top” (Ballon D’Or) mükafatının yekun namizəd siyahısı açıqlanıb.
GunAz.az xəbər verir ki, 2003-cü ildən bəri ilk dəfədir ulduz futbolçular Kriştiano Ronaldo və Lionel Messi eyni vaxtda siyahıdan kənarda qalıblar.
Ronaldo ikinci ildir ki, namizədlər siyahısında yer almır. Messi isə sonuncu dəfə ötən il bu mükafata sahib çıxsa da, Kriştiano namizədlər arasına girə bilməyib.
Qeyd edək ki, Messi 8 dəfə - 2009, 2010, 2011, 2012, 2015, 2019, 2021 və 2023-cü illərdə “Qızıl top”un sahibi olub.
Ronaldo isə 2008, 2013, 2014, 2016 və 2017-ci illərdə bu  mükafata layiq görülüb.
Koronavirus pandemiyası səbəbindən 2020-ci ildə səsvermə keçirilməyib.
Xatırladaq ki, Lionel Messi Amerikanın “İnter Mayami” klubunda, Ronaldo isə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda forma geyinir.
скачать dle 12.1

Şərhlər