SON DƏQİQƏ

Ronaldo 19 il sonra bu siyahıya salınmadı

Tarix:

7-09-2023, 08:09

/ 1 846 dəfə oxundu.
Ronaldo 19 il sonra bu siyahıya salınmadı

Səudiyyə Ərəbistanın “Əl-Nəsr” klubunun dünyaca məşhur portuqaliyalı oyunçusu Kristian Ronaldo 19 ildə ilk dəfə olaraq “Qızıl top”a iddialılar siyahısına salınmayıb.

“France Football” jurnalı mükafata iddialı 30 namizədin siyahısını dərc edib.

“Qızıl top”un beşqat qalibi Ronaldonun adı oraya daxil edilməyib. Portuqaliyalı futbolçu daha əvvəl 2008, 2013, 2014, 2016, 2017-ci illərdə bu mükafata layiq görülüb.

Qeyd edək ki, 2022/23 mövsümünün ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatlandırma mərasimi oktyabrın 30-da Parisdəki “Chatelet” Teatrında keçiriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ