SON DƏQİQƏ
» » "Qızıl top" mükafatının veriləcəyi tarix açıqlandı

"Qızıl top" mükafatının veriləcəyi tarix açıqlandı

Tarix:

30-09-2021, 08:32

/ 4 264 dəfə oxundu.
"Qızıl top" mükafatının veriləcəyi tarix açıqlandı

Nüfuzlu "France Football” jurnalı dünyanın ən yaxşı futbolçusuna təqdim olunacaq "Qızıl top” mükafatının verilmə tarixini açıqlayıb.

Mükafata namizəd olan futbolçuların siyahısı oktyabrın səkkizində açıqlanacaq.

 

2021-ci ilin ən yaxşı futbolçusunun mükafatlandırma mərasimi isə 29 noyabrda baş tutacaq.

Məlumat üçün qeyd edək ki, 2020-ci ildə "Qızıl top”un təqdimetmə mərasimi koronavirus pandemiyası səbəbindən keçirilməmişdi.

Keçən il bu mükafata Münhen "Bavariya”sının hücumçusu Robert Levandovski layiq görülüb./Oxu.az

скачать dle 12.1

Şərhlər