SON DƏQİQƏ

Messi 8-ci dəfə eyni uğura imza atdı

Tarix:

31-10-2023, 08:00

/ 1 315 dəfə oxundu.
Messi 8-ci dəfə eyni uğura imza atdı

Futbol üzrə son dünya çempionu Argentina millisinin və ABŞ-ın “İnter Mayami” klubunun kapitanı Lionel Messi "Qızıl top" mükafatının sahibi olub.

Messi karyerasında 8-ci dəfə sözügedən titula sahib çıxıb.

Messiyə mükafatı “İnter Mayami”nin sahibi, əfsanəvi ingiltərəli futbolçu Devid Bekhem təqdim edib.

Qeyd edək ki, Lionel Messi 2022-ci ilin noyabr-dekabr aylarında Qətərdə keçirilən dünya çempionatının qalibi olub. O, daha əvvəl 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ