
Xəbər verdiyimiz kimi, “Qarabağ” yeni qapıçı ilə anlaşıb. Belə ki, Ağdam təmsilçisi heyətini Fabiyan Buntiçlə gücləndirib.
GunAz.az xəbər verir ki, bununla bağlı klub açıqlama yayıb.
“Klubumuzla Almaniya vətəndaşlığına malik 27 yaşlı xorvat qolkiper arasında üç illik müqavilə imzalanıb. Yeni transferimiz 2027-ci ilin yayına qədər komandamızda çıxış edəcək.
Buntiçin son klubu 2022-ci ildən şərəfini qoruduğu Portuqaliya təmsilçisi “Vizela” olub. O, bunadək karyerasına başladığı Almaniyanın “İnqolştadt” klubunda forma geyinib”, - açıqlamada bildirilir.
Qeyd edək ki, klubumuzun yeni qapıçısı Xorvatiyanın U-18 və U-19 milli komandalarında da oynayıb.