SON DƏQİQƏ

Qara Qarayev yeni kluba transfer oldu

Tarix:

24-07-2023, 20:50

/ 3 053 dəfə oxundu.
Qara Qarayev yeni kluba transfer oldu

Neftçi” Azərbaycan millisinin sabiq futbolçusu Qara Qarayevlə 2+1 illik müqavilə imzalayıb.

31 yaşlı dayaq yarımmüdafiəçisi yeni komandasının heyətində 2 nömrəli formanı geyinəcək.

Təcrübəli oyunçu karyerası ərzində yalnız "Qarabağ"da çıxış edib. O, 2008-ci ildən oynadığı Ağdam təmsilçisi ilə 9 dəfə Azərbaycan çempionatının, 4 dəfə isə ölkə kubokunun qalibi olub. Milli komandanın heyətində 76 oyun keçirib.

Qeyd edək ki, "Neftçi" bundan əvvəl yığmanın digər üzvləri – qapıçı Emil Balayevi, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiçi, həmçinin mərkəz müdafiəçiləri – braziliyalı Yuri Matias və macarıstanlı Mark Tamaşı transfer edib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ