SON DƏQİQƏ

"Liverpul" yeni oyunçu transfer edib

Tarix:

29-12-2022, 08:55

/ 1 551 dəfə oxundu.
"Liverpul" yeni oyunçu transfer edib

"Liverpul" futbol klubu niderlandlı hücumçu Kodi Qakponu transfer etmək üçün PSV ilə müqavilə imzalayıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

23 yaşlı niderlandlı şəxsi müqaviləyə razılıq verdikdən və tibbi müayinədən uğurla keçdikdən sonra yanvarda transfer pəncərəsinin əvvəlində rəsmi olaraq "qırmızılar"a qoşulacaq. "Liverpul"da o, 18 nömrəli forma geyinəcək.

O, bu mövsüm Niderland çempionatında 14 oyun keçirib və qol+ötürmə sistemində 21 (9+12) xal toplayıb.

2022-ci il dünya çempionatında hücumçu millinin heyətində beş oyun keçirib, üç qol vurub

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ