SON DƏQİQƏ
» » “Özlərini uşaq kimi apardılar, biabırçılıqdır”

“Özlərini uşaq kimi apardılar, biabırçılıqdır”

Tarix:

16-04-2024, 11:41

/ 2 729 dəfə oxundu.
“Özlərini uşaq kimi apardılar, biabırçılıqdır”

Ötən gün  İngiltərə Premyer Liqasında “Çelsi” ilə “Everton” arasında keçirilən matçda (6:0) gərgin anlar yaşanıb.
GunAz.az xəbər verir ki, 62-ci dəqiqədə penalti qazanan meydan sahibinin futbolçuları zərbəni vurmaq üçün münaqişə ediblər.
Topa ilk Noni Makude yaxınlaşıb. Koul Palmer isə topu ondan alaraq zərbəni vurmaq istəyib. Nikolas Ceksonla Noni Makude buna etiraz ediblər. Cekson topu Palmerdən almaq istədiyi vaxt  futbolçu onu itələyib. Ən sonda topu Palmer alaraq qolu vurub. Nəticədə o, poker edib.
Baş vermiş hadisə ilə bağlı “Çelsi”nin baş məşqçisi Maurisio Poçettino açıqlama verib.
Çalışdırıcı bunun biabırçılıq olduğunu deyib: “Palmer bizim daimi penalti vuranımızdır. Belə hadisə daha olmayacaq. Özlərini uşaq kimi apardılar. Bu, biabırçılıqdır. Futbolçulara dedim ki, bu cür davranışı sonuncu dəfə qəbul edirəm. Mən zarafat etmirəm. Bir daha deyirəm, penalti vuranımız Koul Palmerdir".
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ