SON DƏQİQƏ

Çelsidən daha bir qalibiyyət

Tarix:

24-01-2022, 08:18

/ 1 593 dəfə oxundu.
Çelsidən daha bir qalibiyyət

Yanvarın 23-də İngiltərə Premyer Liqasında 24-cı turun mərkəzi qarşılaşması keçirilib.

"Çelsi" klubu öz meydanında "Stenford Bric" stadionunda "Tottenhem" komandasını qəbul edib.

Gərgin keçən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı meydan sahibləri 47-ci dəqiqədə açıb. Hakim Ziyeş fərqlənib. Qoldan səkkiz dəqiqə sonra "Çelsi" hesab arasındakı fərqi iki topa çatdırıb. Tiaqo Silva komanda yoldaşı Meyson Mountun ötürməsini dəqiq zərbə ilə tamamlayıb.

Bu nəticədən sonra xal ehtiyatını 47-ə çatdıraraq "Çelsi" turnir cədvəlində üçüncü, "Tottenhem" isə 36 xalla 7-ci yerdə qərarlaşıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ