SON DƏQİQƏ
» » Cüdoçularımız Avropa Kubokunda birinci yeri tutdular

Cüdoçularımız Avropa Kubokunda birinci yeri tutdular

Tarix:

15-04-2024, 09:00

/ 3 738 dəfə oxundu.
Cüdoçularımız Avropa Kubokunda birinci yeri tutdular

Azərbaycan cüdoçuları Almaniyanın paytaxtı Berlində keçirilən yeniyetmələr arasında Avropa Kubokunun ikinci günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib.
GunAz.az xəbər verir ki, idmançılar turnirdə 4 qızıl, 3 gümüş və 3 bürünc medal qazanaraq medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri tutublar.
Yarışın ikinci günündə oğlanlar arasında 73 kiloqram, 81 kiloqram və +90 kiloqram çəki dərəcələrində 4 cüdoçumuz tatamiyə çıxıb. Cəsur İbadlı (73 kiloqram) gümüş medal əldə edib. Əli Qazıməmmədov qızıl, Mehdi Abbasov (hər ikisi 81 kiloqram) isə bürünc medal qazanıb. Sübhan Axundov (+90 kiloqram) 5-ci yerdə qərarlaşıb.
Azərbaycan cüdoçuları Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa Kubokunda da 1 qızıl və 1 gümüş medal əldə ediblər. Yığma medal əyarına görə ümumi hesabda 7-ci yeri, qızlar arasında isə 3-cü yeri tutub. Fəridə Mirzəyeva qızıl, Könül Əliyeva isə (hər ikisi 48 kiloqram) gümüş mükafatın sahibi olub.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ