SON DƏQİQƏ
» » Hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı keçirilib

Hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı keçirilib

Tarix:

1-12-2023, 15:18

/ 1 768 dəfə oxundu.
Hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı keçirilib

Noyabrın 29-da Dövlət Sərhəd Xidməti və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatının ikinci günündə sərbəst güləş üzrə növbəti mükafatlandırma mərasimi keçirilib.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, “Sərhədçi” İdman Mərkəzində davam edən tədbirdə qaliblərə kubok, tutduqları yerlər üzrə qızıl, gümüş, bürünc medallar və fəxri diplom təqdim edilib.
Çempionatın ikinci günü 7 güləşçimiz (5 kişi, 2 qadın) 2 qızıl, bir gümüş və 2 bürünc medal əldə edərək Dövlət Himnimizi səsləndirib, zəfər bayrağımızı zirvəyə ucaldıb.
Mübarizənin sonunda güləşçilərimiz Orxan Abbasov (79 kq) qızıl, Ceyhun Allahverdiyev (61 kq) gümüş, Fərid Cabbarov (86 kq) bürünc, qadınlardan isə Ruzanna Məmmədova (59 kq) qızıl, Gültəkin Şirinova (53 kq) bürünc medal qazanaraq fəxri kürsüdə layiq olduqları yeri tutublar.
Bununla da hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatında kişilərdən ibarət sərbəst güləş üzrə millimiz 5 qızıl - Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Turan Bayramov (74 kq), Orxan Abbasov (79 kq), İbrahim Yusubov (92 kq), bir gümüş - Ceyhun Allahverdiyev (61 kq) və bir bürünc - Fərid Cabbarov (86 kq) medal qazanaraq dünya çempionu kubokunun sahibi olub.
İran millisi çempionatda ikinci, Türkiyə millisi isə üçüncü yerdə qərarlaşıb.
“Sərhədçi” İdman Mərkəzində davam edən, ölkəmizin 26 güləşçi ilə təmsil olunduğu çempionat dekabrın 3-də başa çatacaq.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ