SON DƏQİQƏ

Cüdoçularımızdan daha bir uğur

Tarix:

10-04-2023, 08:19

/ 2 418 dəfə oxundu.
Cüdoçularımızdan daha bir uğur

Çexiyanın Teplis şəhərində keçirilən yeniyetmələr arasında Avropa kuboku yarışlarında Azərbaycan cüdoçuları 6 qızıl, 1 gümüş və 4 bürünc medal əldə ediblər. Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında birinci yeri tutub.

Azərbaycan Cüdo Federasiyasından bildiriblər ki, idmançılarımız turnirin ilk günündə 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar. Turnirin ikinci günündə isə oğlanların yarışında Süleyman Şükürov (73 kq), Aslan Kotsoyev (81 kq) və Ramazan Əhmədov (+90 kq) bütün rəqiblərini məğlub edərək komandamızın aktivinə daha 3 qızıl medal yazdırıblar. Hüseyn Eyvazlı (81 kq) bürünc medala sahib olub

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ