SON DƏQİQƏ

Karateçilərimiz Tiflisdə uğura imza atıb

Tarix:

12-02-2024, 08:31

/ 3 345 dəfə oxundu.
Karateçilərimiz Tiflisdə uğura imza atıb

Azərbaycan karateçiləri Tiflisdə keçirilən Avropa Çempionatında uğurla çıxış edərək 8 medal qazanıblar.

“European Cadet, Junior&21 Karate Championship” yarışında 49 ölkədən 1166 idmançı iştirak edib.
Azərbaycanlı idmançılardan Fərid Hacızadə (55 kq) və Aslan Dostuyev (61 kq) qızıl medal qazanıblar.
Daha iki idmançımız - Osman Osmanlı (+84 kq) və Cahangir Qayıbov (+70 kq) isə gümüş medala sahib olublar.
İdmançılarımız Hüseyn Məmmədli (67 kq), Ələddin Məlikov (63 kq), Rəvan Abbasov (57 kq), Vüsal Qəmbərov isə (52 kq) bürünc medal qazanıblar.
Çempionat hakimlərimiz üçün də uğurlu olub. Beynəlxalq dərəcəli iki azərbaycanlı hakimin də kateqoriyaları artırılıb.
скачать dle 12.1

Şərhlər