SON DƏQİQƏ

Taekvondoçularımız İranda 2 medal qazanıblar

Tarix:

8-03-2022, 23:01

/ 1 615 dəfə oxundu.
Taekvondoçularımız İranda 2 medal qazanıblar

Tehranda keçirilən G2 kateqoriyalı "Fajr Open" beynəlxalq turnirdə Azərbaycanın qadın taekvondoçuları 2 medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində yarışan Fəridə Əzizova gümüş medala layiq görülüb. Digər taekvondoçumuz Patimat Abakarova (53 kq) isə bürünc medala sahib olub.

Beləliklə, turniri bir gümüş və bir bürünc medalla başa vuran komandamız ümumi hesabda dördüncü yeri tutub.

Qeyd edək ki, qadınlardan ibarət milli komandanın baş məşqçisi Səbuhi Zülfüqarov yarışın "Ədalətli məşqçi"si, ölkəmizi təmsil edən referilərdən isə Aygül Abdullayeva "Ən yaxşı hakim" adına layiq görülüblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ