SON DƏQİQƏ

Millimizin baş məşqçisi kim ola bilər?

Tarix:

15-12-2023, 17:59

/ 2 325 dəfə oxundu.
Millimizin baş məşqçisi kim ola bilər?

AFFA-nın milli komandanın baş məşqçisi üçün əsas namizədi bəlli olub.

Federasiya rəhbərliyi rusiyalı mütəxəssis Kurban Berdıyevi millinin sükanı arxasına gətirmək istəyir.
Hazırda Berdıyev millinin baş məşqçisi postuna əsas namizəd sayılır.
Əslən Türkmənistandan olan Kurban Berdıyevlə artıq ilkin danışıqlar olub. 2024-cü ilin yanvarında isə onunla əsas danışıqlara başlanacaq.
Qeyd edək ki, Berdıyev hazırda Rusiya çempionatının birinci divizionunda yarışan Mahaçqala “Dinamo”sunun baş məşqçisidir. Daha çox Kazan “Rubin”indəki işi ilə tanınan təcrübəli mütəxəssis Qazaxıstanın “Kayrat”, Təbrizin “Traktor” klublarında, o cümlədən Türkmənistan millisində də çalışıb
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ