SON DƏQİQƏ
» » 2021-ci ilin ən yaxşı yığma məşqçisi o seçildi

2021-ci ilin ən yaxşı yığma məşqçisi o seçildi

Tarix:

6-12-2021, 09:17

/ 1 508 dəfə oxundu.
2021-ci ilin ən yaxşı yığma məşqçisi o seçildi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ilin ən yaxşı yığma baş məşqçisini açıqlayıb.

Bu ada İtaliya millisinə rəhbərlik edən Roberto Mançini layiq görülüb.

57 yaşlı mütəxəssis 225 xalla bütün rəqiblərini qabaqlayıb. Argentina seçməsindən Lionel Skaloni 30 xalla ikinci, Fransa yığmasının baş məşqçisi Didye Deşam 25 xalla üçüncü yeri tutub.

Əlcəzair komandasının sükanı arxasında olan Camel Belmadi və Braziliya millisindən Tite 15 xalla 4-5-ci yerləri bölüşdürür.

Qeyd edək ki, İtaliya yığması bu il keçirilmiş Avropa çempionatının qalibi olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ