SON DƏQİQƏ

Baş məşqçi istefa verdi

Tarix:

21-04-2022, 15:18

/ 1 444 dəfə oxundu.
Baş məşqçi istefa verdi

Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu baş məşqçisi Jelko Kopiçlə yollarını ayırıb.

Bu barədə klubun saytı məlumat yayıb.  Mütəxəssis klubun saytına açıqlamasında rəhbərliyə, oyunçulara və bütün işçilərinə təşəkkür edib.

"Dinamo" isə ona işlərində uğurlar arzulayıb.

Qeyd edək ki. J. Kopiç 2021-ci ilin dekabrından "Dinamo"nu çalışdırırdı. Komanda dünən 9-cu turda təxirə salınmış oyunda "Hayduk"a 0:1 hesabı ilə uduzub. "Dinamo" turnir cədvəlində hazırda 66 xalla 1-cidir. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ