SON DƏQİQƏ

Mahir Emreli ilə bağlı RƏSMİ QƏRAR

Tarix:

3-02-2022, 08:13

/ 2 324 dəfə oxundu.
Mahir Emreli ilə bağlı RƏSMİ QƏRAR

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna keçib.

25 yaşlı hücumçu bu məqsədlə Zaqrebə yollanıb. O, artıq yeni komandasında tibbi müayinədən keçdikdən sonra 4,5 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Zaqreb "Dinamo"su Xorvatiyanın ən titullu klubu sayılır. "Göylər" 22 dəfə ölkə çempionu, 16 dəfə kubokun sahibi olub. Paytaxt təmsilçisi bu mövsüm avrokuboklarda mübarizəyə Çempionlar Liqasından başlayıb və III təsnifat mərhələsində Mahir Emrelinin sabiq klubu Polşa "Legiya"sını iki oyunun yekununda üstələməyi bacarıb - 1:1, 1:0. Lakin pley-off mərhələsində Moldova "Şerif"i "Dinamo"nu 3:0, 0:0 hesablı hesablarla yenib. Nəticədə Xorvatiya klubu mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirib. Bu turnirdə isə H qrupunda 10 xalla 2-ci yeri tutan Damir Krznarın baş məşqçi olduğu kollektiv 1/8 finalda İspaniya "Sevilya"sına rəqib olub.

"Dinamo" ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

скачать dle 12.1

Şərhlər