SON DƏQİQƏ
» » “Qızıl medal qazanacağımı gözləmirdim” - MÜSAHİBƏ + FOTO

“Qızıl medal qazanacağımı gözləmirdim” - MÜSAHİBƏ + FOTO

Tarix:

24-08-2023, 16:21

/ 3 168 dəfə oxundu.
“Qızıl medal qazanacağımı gözləmirdim” - MÜSAHİBƏ + FOTO

Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatının səkkizinci günü Azərbaycan komandası üçün uğurlu alınıb.

Qadınlar arasında 25 metr məsafəyə mərkəzə atəş tapançasından yarışında Nigar Nəsirova qızıl medal qazanıb. 35 yaşlı atıcı mükafatlandırma mərasimindən sonra media nümayəndələrinin suallarını cavablandırıb.

- Dünya çempionu oldunuz. Təəssüratınız necədir?

- Qızıl medal qazanacağımı gözləmirdim. Bütün diqqətimi yarışa və işimə yönəltmişdim. Fikrim ancaq bu idi. Nəticə barədə heç nə düşünmürdüm.

- Dünya çempionatının ölkəmizdə keçirilməsi sizə necə təsir edir?

- Bu yarışın Bakıda keçirilməsi bizim üçün çətinlik yaradır. Çünki hamı istəyir ki, qələbə qazanaq. Elə olanda gərginlik yaranır. Həm özümüz birinci olmağı hədəfləyirik, həm də insanları sevindirmək istəyirik.

- Bu medalı kimə həsr edirsiniz?

- Ötən il nənəm vəfat etmişdi. Demişdim ki, bu yarışı qazansam, medalı ona həsr edəcəyəm.

- Parisdə keçiriləcək Olimpiya Oyunlarına lisenziya almaq şansınız var?

- Ötən il dünya çempionatında 10 metrdən atəş açmada lisenziya qazanmaq istəyirdim. Təəssüf ki, bu alınmadı. Gələn il Macarıstanda keçiriləcək Avropa çempionatında məhz Parisə lisenziya qazanmaq uğrunda mübarizə aparacağam. İnşallah, buna nail olaram. Həmişə bir-iki xalım çatmır. Ötən il Xorvatiyada təsnifatda üçüncü olub finala vəsiqə qazanmışdım. Düşünürdüm ki, medal cibimdədir. Həyəcanlandım, atışlarımı düzgün edə bilmədim. Həm medal getdi, həm də lisenziya əlimdən çıxdı. İnanıram ki, bu dəfə yaxşı olar.

- İdmana gəlişiniz necə olub?

- Bu idman növünə 2004-cü ildə İradə Aşumova Afina Yay Olimpiya Oyunlarında bürünc medal qazandıqdan sonra gəlmişəm. Üç il sonra zədə ilə üzləşdim. Uzun müddət idmandan uzaq qaldım. 2016-cı ildə isə yenidən məşqlərə başladım. 2017-ci ildə Sloveniyada keçirilən Avropa çempionatında qarışıq komanda yarışında bürünc medal almışdım. Həmin il İslam Oyunlarında fərdi yarışda eyni uğura imza atdım. Bundan sonra beynəlxalq yarışlarda iştirak etməyə davam etdim. Həm Ruslanla, həm də fərdi olaraq medallar qazanırdım. Ötən il Misirdə keçirilən dünya çempionatında 50 metr məsafədə atəş açmada bürünc medal qazandım. Bakıdakı yarışda isə qızıl medala sahib çıxa bildim.

“Qızıl medal qazanacağımı gözləmirdim” - MÜSAHİBƏ + FOTO

 

“Qızıl medal qazanacağımı gözləmirdim” - MÜSAHİBƏ + FOTO

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ