SON DƏQİQƏ

"Qarabağ"FK yeni transferini açıqladı

Tarix:27-01-2023, 08:17 Oxunub:1 758

"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.

Ağdam təmsilçisi Fransanın "Dijon" komandasından Yassin Benzianı transfer edib.

"Köhlən atlar" 29 yaşlı hücumameylli yarımmüdafiəçinin keçidini sosial şəbəkə hesabında paylaşdığı video ilə açıqlayıb.

 

Əlcəzair millisinin sabiq üzvü ilə 2025-cı il iyunun 30-dək müqavilə imzalanıb.

Qeyd edək ki, Fransa vətəndaşlığı da olan Yassin Benzia karyerası ərzində "Lion", "Lill", Türkiyənin "Fənərbağça", "Hatayspor" və Yunanıstanın "Olimpiakos" komandalarında da çıxış edib. O, 2016 - 2018-ci illərdə formasını geyindiyi Əlcəzair yığmasında 4 oyuna 1 qol vurub.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<